gundem / hadise
3.04.2026, 10:30
Gəncədə avtomobil mağazaya çırpıldı
Gəncədə yol qəzası olub.
"DogruXeber.tv "in məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Lada" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı qab-qacaq mağazasına çırpılıb. Zərbənin təsirindən avtomobil mağazanın içərisinə daxil olub. Nəticədə mağazada olan xeyli qab-qacaq yararsız hala düşüb.
Qəza zamanı xəsarət alan olmasa da, avtomobilə və mağazaya xeyli ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Fakt üzrə araşdırma aparılır.


