hadise
16.12.2020
Yasamalda motosiklet avtomobilə çırpıldı, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.
dogruxeber.tv bildirir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
Tbilisi prospektində motosiklet minik avtomobilinə çırpılıb. Qəza nəticəsində motosikletin sürücüsü, 1996-cı il təvəllüdlü Cəfərov Elnur Nadir oğlu xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Ona sol baldırın və sağ saidin əzikləri diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır. /Report


