hadise
27.07.2020
Bakıda 40 yaşlı qadın yol qəzasında xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
dogruxeber.tv Report-un məlumatına əsasən bildirir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.İki avtomobilin toqquşması nəticəsində 1980-ci il təvəllüdlü Əliyeva Xədicə Tahir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ mil sümüyünün sınığı və baş nahiyəsinin əzikləri diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.


