hadise
7.07.2020
Bakıda maşın azyaşlını vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
dogruxeber.tv Report-un məlumatına görə bildirir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.Cəlil Məmmədquluzadə küçəsində 2013-cü il təvəllüdlü Nurullayev Ömər Elvin oğlunu yaşadığı evin yanında avtomobil vurub.
Yaralı təcili yardımın köməyilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ diz qapağının sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.


