hadise
27.07.2019
Mehdiabadda iki nəfəri maşın vurdu

Abşeron rayonunda 2 nəfəri avtomobil vurub.
dogruxeber.tv-ın verdiyi xəbərə görə, hadisə Mehdiabad qəsəbəsində baş verib.
Minik avtomobili 1981-ci il təvəllüdlü Həsənov Azər Tofiq oğlu və 1981-ci il təvəllüdlü Hüseynov Ruslan Novruz oğlunu vurub.
Hər iki yaralı dərhal xəstəxanaya çatdırılıb. A.Həsənova qarının küt travması, R.Hüseynova isə sol ayağın əzilməsi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır./Oxu.az


