hadise
9.01.2019, 10:41
Cəlilabadda maşın piyadanı vurub xəstəxanalıq etdi

Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
dogruxeber.tv report-a istinadən xəbər verir ki, minik avtomobili rayonun Göytəpə şəhəri ərazisində 1988-ci il təvəllüdlü Babazadə Nuru Bağman oğlunu vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Daha əvvəl Şəkidə mal-qara otaran kişini maşın vurub.


