gundem / Cəmiyyət
30.04.2026, 17:30
“Azərenerji” 2 milyona dispeçer otağı tikir
“Azərenerji” ATSC yeni tender elan edib.
DogruXeber.tv xəbər verir ki, qurum bununla bağlı rəsmi qaydada elan verib.
Məlumatda bildirilir ki, tenderə əsasən qurum “Şəmkir” SES-də və Dispetçer otağında təmir tikinti işləri həyata keçirəcək. “Azərenerji” həmin işlərin görülməsi üçün 2 milyon 95 min 291 manat vəsait ayırmağı nəzərədə tutub.
Qeyd edək ki, Hesablama Palatası bu günlərdə sözügedən qurumda yoxlama apararaq, 295 milyon manatın səmərsiz istifadə edildiyini aşkarlayıb.



