Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin 9 Mayla bağlı atəşkəs təklifinə cavab verib.

DogruXeber.tv-nin xəbərinə görə, Zelenski “Telegram” kanalında yazıb ki, ABŞ Prezidenti Donald Trampın komandası ilə əlaqə qurmağı və Rusiyanın təklifinin təfərrüatlarını öyrənməyi tapşırıb.

“Gəlin konkret olaraq söhbətin nədən getdiyini aydınlaşdıraq: Moskvadakı parad üçün bir neçə saatlıq təhlükəsizlik və ya daha çox şey haqqında söhbət gedir?”, - Ukrayna lideri qeyd edib.

O bildirib ki, Ukrayna sülhə can atır və bu müharibənin faktiki olaraq başa çatması üçün lazımi diplomatik işi təmin edir.

“Təklifimiz atəşi uzunmüddətli əsasda dayandırmaq, insanlar üçün etibarlı təhlükəsizliyi və uzunmüddətli sülhü təmin etməkdir”, - Zelenski vurğulayıb.

O əlavə edib ki, Ukrayna bunun üçün istənilən layiqli və səmərəli formatda çalışmağa hazırdır.

Qeyd edək ki, Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovun sözlərinə görə, Vladimir Putin 9 May paradına qədər atəşkəs elan etməyə hazırdır.//apa

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər