gundem / siyaset / dunya
14.05.2025, 09:00
Ərdoğan Zelenski ilə danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi, mayın 12-də Ukrayna lideri Volodimir Zelenski ilə danışıqlar apardığını bildirib.
"dogruxeber.tv" xəbər verir ki, Ərdoğan danışıqların təfərrüatlarını açıqlamayıb.
“Bir müddət əvvəl biz Ukrayna prezidenti cənab Volodimir Zelenski ilə danışıqlar apardıq”, - deyə o qeyd edib.
Ərdoğan əlavə edib ki, o, ABŞ prezidenti Donald Trampın “qaynar münaqişələri dialoq və diplomatiya yolu ilə həll etmək” istəyini dəstəkləyir.



