gundem / hadise / dunya
2.05.2026, 09:45
Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiyada fərdi evdə baş verən yanğın yeddi nəfərin ölümünə səbəb olub.
DogruXeber.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Xantı-Mansi muxtar dairəsinin Megion şəhərinin Vısoki kəndində qeydə alınıb.
Yuqra qubernatoru Ruslan Kuxaruk bildirib ki, yanğında 4-ü uşaq olmaqla 7 nəfərlik ailə vəfat edib:
"İlkin məlumatlara görə, yanğına elektrik cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması səbəb olub".


