hadise
26.03.2018
Rusiyada FACİƏ: 53 ölü, 40-dan çox yaralı, itkin düşənlər də var - VİDEO

Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb. Hadisə zamanı 16 nəfərin də itkin düşdüyü bildirilir.
Kemerovo şəhərindəki dördmərtəbəli "Qış albalısı" ticarət mərkəzində yanğın martın 25-i, günün ikinci yarısında başlayıb. Yanğın 1500 kvadrat metr sahəni əhatə edib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Son məlumata görə, Rusiyanın İstintaq komitəsi "Qış albalısı" ticarət mərkəzində baş verən yanğınla əlaqədar dörd nəfəri həbs edib. Bildirilir ki, saxlanılan şəxslər arasında ticarət mərkəzinin rəhbəri və təhlükəsizlik məsələri üzrə cavabdeh şəxs də var.
Rusiyanın Kemerovo şəhərindəki "Qış albalısı" ticarət mərkəzində baş verən yanğında ölənlərin sayı 53 nəfərə çatıb.


