dunya
24.03.2018, 09:30
Rusiyada ev yanıb, 2-si uşaq olmaqla 5 nəfər yanaraq ölüb

Rusiyanın Kamçatka diyarında fərdi evdə güclü yanğın baş verib.
dogruxeber.tv-ın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Petropavlovsk-Kamçatsk şəhərində qeydə alınıb.
Yanğın söndürüldükdən sonra hadisə yerində 5 nəfərin, o cümlədən 2 və 9 yaşlı uşağın yanmış meyiti aşkarlanıb.
İlkin versiyaya görə, yanğına səbəb elektrik xəttində qısa qapanma olub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


