Yaz yorğunluğu - Qarşısını necə alaq?

Yaz yorğunluğu orqanizmin dəyişən hava şəraitinə uyğunlaşması nəticəsində ortaya çıxır.

DogruXeber.tv xəbər verir ki, temperatur, rütubət və gün işığı müddətindəki dəyişikliklər bədənin bioloji ritminə təsir edərək bəzi insanlarda enerji azalmasına səbəb olur.

Türkiyəli terapevt Yunus Coşkunun sözlərinə görə, bu hal adətən müvəqqəti olsa da, yorğunluq, baş ağrısı, yuxusuzluq, motivasiya itkisi və diqqət dağınıqlığı kimi əlamətlərlə gündəlik həyat keyfiyyətini aşağı sala bilər. Xüsusilə qapalı məkanlarda uzun müddət çalışan şəxslərdə bu simptomlar daha çox müşahidə olunur.

Həkim qeyd edib ki, yaz yorğunluğunun təsirini azaltmaq üçün sadə vərdişlər kifayət qədər effektlidir. Mütəmadi yuxu, balanslı qidalanma, kifayət qədər su qəbulu və gündəlik yüngül fiziki aktivlik orqanizmin uyğunlaşmasını asanlaşdırır. Səhər saatlarında günəş işığından faydalanmaq və açıq havada vaxt keçirmək də enerji səviyyəsini artırır.

Həkim həmçinin stressin idarə olunmasının vacibliyini vurğulayır. Nəfəs məşqləri, açıq havada gəzinti və rahatladıcı fəaliyyətlər həm fiziki, həm də psixoloji tarazlığı qorumağa kömək edir.

Qeyd olunur ki, bahar yorğunluğu adətən bir neçə həftə ərzində öz-özünə keçib gedir. Lakin uzunmüddətli yorğunluq hallarında diqqətli olmaq lazımdır. Çünki qanazlığı, qalxanabənzər vəzi problemləri, infeksiyalar, yuxu pozğunluqları və depressiya kimi xəstəliklər də oxşar əlamətlərlə özünü göstərə bilər. Bu səbəbdən simptomlar davamlı olduqda həkimə müraciət etmək tövsiyə olunur.//32gun.az

Oxunub: 44

Son xəbərlər

Bakının bu ərazilərində torpağın sotu 2 milyondur

Azərbaycan və Yəmən arasında əməkdaşlıq müzakirə olunub

Dağıstanda 117 yaşayış evi hələ də su altındadır

"Ege Hospital"da yeni doğulan körpə öldü

Sabah Bakıda 24 dərəcə isti olacaq

Azərbaycanın generalı VƏZİFƏDƏN AZAD EDİLDİ

Azərbaycanda güclü təbii FƏLAKƏT

Banka borcunu ödəməyənləri BU CƏZA GÖZLƏYİR

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında mühüm bağlantı olacaq

“Atam 8 dəfə öz musiqiləri altında əməliyyat olunub"

Hacıqabulda keçmiş məhkumda 4 kq narkotik vasitə aşkarlanıb

Abşeronda yağışın fəsadları aradan qaldırılır

Hava ilə bağlı yol polisindən sürücülərə müraciət

Nyu-York birjasında təbii qazın qiyməti artıb

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Xalq artisti Dağıstan üçün 5 milyon ianə etdi

Azərbaycan nefti ucuzlaşıb

"Turan Tovuz" Sumqayıtda qalib gəldi

Trampı Dəccala bənzətdi

Antalyada İlham Əliyevlə Ərdoğanın görüşü keçirilir – Fotolar

EAPCA-nın Pərdəarxası: Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası

Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib

ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”

Hidayət Heydərov Avropa çempionatında finala YÜKSƏLDİ

Dövlət Xəzinədarlıq Agentliyinin sabiq direktoru yeni vəzifəyə təyin olundu

Bu kəndə getmək mümkün deyil – Vəziyyət ağırlaşır

Gülüstan Əhmədova toyda dünyasın dəyişdi

Sabahdan külək güclənəcək - XƏBƏRDARLIQ

Cənubi Koreyada sabiq prezidentə həbs tələbi - Prokurorluqdan ittiham

Bütün xəbərlər