gundem / hadise
17.04.2026, 16:30
Gülüstan Əhmədova toyda dünyasın dəyişdi
Sumqayıt şəhərində yerləşən şadlıq evlərindən birində ölüm hadisəsi baş verib.
DogruXeber.tv xəbər verir ki, şəhər sakini, 1975-ci il təvəllüdlü Gülüstan Şahlar qızı Əhmədova toy mərasimində iştirak edərkən halı qəfil pisləşib.
Ona ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır, ölümün səbəbləri müəyyənləşdirilir.//Teleqraf



