Cənubi Koreyada sabiq prezidentə həbs tələbi - Prokurorluqdan ittiham

Cənubi Koreyada xüsusi səlahiyyətli prokurorluq sabiq prezident Yoon Suk Yeol barəsində "yalançı şahidlik” ittihamı ilə 2 il həbs cəzası tələb edib.

DogruXeber.tv-nin "Yonhap” agentliyinə istinadən məlumatına görə, prokurorluq Yoonun 2024-cü ilin dekabrında hərbi vəziyyət elanından əvvəl keçirilən Nazirlər Kabineti iclası ilə bağlı yanlış təsəvvür yaratdığını bildirir. İddia olunur ki, o, bu iclasın keçmiş baş nazir Han Dak - sunun təklifindən əvvəl planlaşdırıldığı görüntüsü yaradıb.

Xatırladaq ki, Yoon Suk Yeol 2024-cü ilin noyabrında Han Dak - sunun işi üzrə məhkəmədə şahid qismində ifadə verib. Ona Nazirlər Kabineti iclasının hərbi vəziyyəti legitimləşdirmək məqsədilə keçirilib-keçirilmədiyi ilə bağlı sual ünvanlanıb. Yoon isə bu iddiaları rədd edərək, iclas iştirakçılarının "sadəcə görüntü üçün çağırılmadığını” bildirib.

Prokurorluq isə əksinə, Yoonun əvvəlcə belə bir iclas keçirməyi planlaşdırmadığını, lakin vəziyyəti əsaslandırmaq üçün sonradan bu addımı atdığını irəli sürür.

Qeyd edək ki, Yoon Suk Yeol 3 dekabr 2024-cü ildə müxalifəti "dövlətə qarşı fəaliyyətlərdə iştirak etməkdə” ittiham edərək hərbi vəziyyət elan etmişdi. Lakin Milli Assambleya bu qərarı ləğv etdikdən sonra o, geri addım atmağa məcbur olmuşdu.

Daha sonra, 14 dekabr 2024-cü ildə parlamentdə keçirilən səsvermə ilə onun impiçmenti qəbul edilib və o, müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılıb. 4 aprel 2025-ci ildə Konstitusiya Məhkəməsi bu qərarı təsdiqləyərək Yoo-un prezident səlahiyyətlərinə xitam verib.

Onun vəzifədən kənarlaşdırılmasından sonra keçirilən seçkilərdə müxalif Demokratik Partiyanın namizədi Li Jae-myunq qalib gələrək 4 iyun 2025-ci ildə prezident vəzifəsinin icrasına başlayıb.

Oxunub: 9

Son xəbərlər

Bakının bu ərazilərində torpağın sotu 2 milyondur

Azərbaycan və Yəmən arasında əməkdaşlıq müzakirə olunub

Dağıstanda 117 yaşayış evi hələ də su altındadır

"Ege Hospital"da yeni doğulan körpə öldü

Sabah Bakıda 24 dərəcə isti olacaq

Azərbaycanın generalı VƏZİFƏDƏN AZAD EDİLDİ

Azərbaycanda güclü təbii FƏLAKƏT

Banka borcunu ödəməyənləri BU CƏZA GÖZLƏYİR

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında mühüm bağlantı olacaq

“Atam 8 dəfə öz musiqiləri altında əməliyyat olunub"

Hacıqabulda keçmiş məhkumda 4 kq narkotik vasitə aşkarlanıb

Abşeronda yağışın fəsadları aradan qaldırılır

Hava ilə bağlı yol polisindən sürücülərə müraciət

Nyu-York birjasında təbii qazın qiyməti artıb

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Xalq artisti Dağıstan üçün 5 milyon ianə etdi

Azərbaycan nefti ucuzlaşıb

"Turan Tovuz" Sumqayıtda qalib gəldi

Trampı Dəccala bənzətdi

Antalyada İlham Əliyevlə Ərdoğanın görüşü keçirilir – Fotolar

EAPCA-nın Pərdəarxası: Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası

Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib

ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”

Hidayət Heydərov Avropa çempionatında finala YÜKSƏLDİ

Dövlət Xəzinədarlıq Agentliyinin sabiq direktoru yeni vəzifəyə təyin olundu

Bu kəndə getmək mümkün deyil – Vəziyyət ağırlaşır

Gülüstan Əhmədova toyda dünyasın dəyişdi

Sabahdan külək güclənəcək - XƏBƏRDARLIQ

Cənubi Koreyada sabiq prezidentə həbs tələbi - Prokurorluqdan ittiham

Bütün xəbərlər