Trampı Dəccala bənzətdi

Amerikalı məşhur jurnalist Taker Karlson ABŞ Prezidenti Donald Trampı kəskin tənqid edərək, onun hərəkətlərinin Bibliyadakı “Dəccal” təsviri ilə üst-üstə düşdüyünü iddia edib.

DogruXeber.tv “Daily Mail”ə istinadən xəbər verir ki, Karlson öz podkastında Trampın son vaxtlar dindən siyasi məqsədlər üçün istifadə etməsini “xristian inancına təhqir” kimi qiymətləndirib.

Jurnalistin həmin çıxışına səbəb Trampın sosial mediada süni intellekt vasitəsilə yaradılmış şəkillərini paylaşması olub. Həmin görüntülərdə Amerika lideri İsa Məsih tərəfindən qucaqlanmış, bəzi şəkillərdə isə bəşəriyyəti xilas edən “Məsih” obrazında təsvir edilib. Karlson Müqəddəs Yazılara istinad edərək xatırladıb ki, Dəccal özünü hər şeydən üstün tutan və Tanrı məbədində oturub özünü Tanrı elan edən bir fiqurdur.

“Bir çox xristian bu proqnozları indi gördüklərimizlə uyğun hesab edir. Həqiqətənmi bu, Dəccaldır?”, – deyə Karlson sual edib.

Qeyd edək ki, Trampın son paylaşımları hətta öz tərəfdarları arasında da narazılıq doğurduğu üçün sonradan silinib. Jurnalist həmçinin prezidentin İrana qarşı hərbi əməliyyatlarını və buna etiraz edən Roma Papası ilə münaqişəsini də sərt tənqid edib.

Məlumat üçün bildirək ki, 2023-cü ilə qədər Trampın ən yaxın dəstəkçilərindən sayılan Karlsonun bu cür kəskin mövqe nümayiş etdirməsi ABŞ siyasi gündəmində bomba effekti yaradıb.

Xatırladaq ki, bir müddət əvvəl İtaliyanın Baş naziri də Papanın müdafiəsinə qalxaraq Trampın dini fiqurlara qarşı ritorikasını pisləmişdi.//Tribuna.az

Oxunub: 10

Son xəbərlər

Bakının bu ərazilərində torpağın sotu 2 milyondur

Azərbaycan və Yəmən arasında əməkdaşlıq müzakirə olunub

Dağıstanda 117 yaşayış evi hələ də su altındadır

"Ege Hospital"da yeni doğulan körpə öldü

Sabah Bakıda 24 dərəcə isti olacaq

Azərbaycanın generalı VƏZİFƏDƏN AZAD EDİLDİ

Azərbaycanda güclü təbii FƏLAKƏT

Banka borcunu ödəməyənləri BU CƏZA GÖZLƏYİR

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında mühüm bağlantı olacaq

“Atam 8 dəfə öz musiqiləri altında əməliyyat olunub"

Hacıqabulda keçmiş məhkumda 4 kq narkotik vasitə aşkarlanıb

Abşeronda yağışın fəsadları aradan qaldırılır

Hava ilə bağlı yol polisindən sürücülərə müraciət

Nyu-York birjasında təbii qazın qiyməti artıb

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Xalq artisti Dağıstan üçün 5 milyon ianə etdi

Azərbaycan nefti ucuzlaşıb

"Turan Tovuz" Sumqayıtda qalib gəldi

Trampı Dəccala bənzətdi

Antalyada İlham Əliyevlə Ərdoğanın görüşü keçirilir – Fotolar

EAPCA-nın Pərdəarxası: Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası

Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib

ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”

Hidayət Heydərov Avropa çempionatında finala YÜKSƏLDİ

Dövlət Xəzinədarlıq Agentliyinin sabiq direktoru yeni vəzifəyə təyin olundu

Bu kəndə getmək mümkün deyil – Vəziyyət ağırlaşır

Gülüstan Əhmədova toyda dünyasın dəyişdi

Sabahdan külək güclənəcək - XƏBƏRDARLIQ

Cənubi Koreyada sabiq prezidentə həbs tələbi - Prokurorluqdan ittiham

Bütün xəbərlər