“Azərbaycanlı oğlanı ABŞ seçkilərinə müdaxilədə ittiham edirlər”













Azərbaycanlı müğənni və biznesmen Emin Ağalarov “Vice News” telekanalına müsahibəsində bəyan edib ki, o, heç vaxt ABŞ-da seçkilərin nəticələrinə təsir etmək istəməyib.

Sputnik Azərbaycan xəbər verir ki, müsahibənin bir hissəsi telekanalın rəsmi səhifəsində yerləşdirilib.

“Məni ABŞ seçkilərinə müdaxilədə günahlandırdılar. Bu, olduqca qəribə səslənir. Məni, Moskvada yaşayan Azərbaycandan olan oğlanı. Çünki mən Donald Trampı şəxsən tanıyıram. Bu, olduqca qəribə və gülməli ittihamdır” — deyə müğənni bildirib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın böyük oğlu, atasının namizədliyi təsdiq olunduqdan sonra kampaniyaya faydalı məlumat əldə etmək ümidi ilə, Hillari Klintona zərər verə biləcək məlumatlar olduğunu iddia edən bir rusiyalı vəkillə görüşdüyünü təsdiq edib.

Görüşdə Ağ Evin hazırkı müşaviri, Donald Trampın kürəkəni Cared Kuşner və Tramp kampaniyasının həmsədri Pol Manafort da iştirak edib. Trampın oğlu onu da əlavə edib ki, atası bu görüşdən xəbərsiz olub. “Reuters”in yaydığı məlumata görə, Trampın oğlu ilə Veselnitskayanın görüşünə müğənni-bəstəkar Emin Ağalarov da vasitəçilik edib.

Tramp ailəsinin Ağalarovlar ailəsi ilə tanışlıq tarixi 2013-cü ildən başlayıb. Həmin vaxt Moskvada “Miss Vselennaya 2013” müsabiqəsi keçirilirmiş. Həmin vaxt Ağalarovların təklifi kiçik Trampı maraqlandırıb. Ata Tramp isə Eminin məşhur kliplərindən birində şirkətin prezidenti obrazını canlandırıb.

Son xəbərlər

Deputatlar yekdilliklə dəstəklədilər: Parlament buraxılır

Merts: Ukraynada müharibəni dayandırmağın iki yolu var

Karapetyana qarşı iş açıldı

Almaniyada yoxsulluq zirvəyə çatdı

“Ayaks” ispaniyalı baş məşqçi ilə anlaşdı

Azərbaycan Mərkəzi Bankının rəhbərliyinin əmək haqqı xərcləri 45 % artıb

Özbəkistan və Finlandiya rəqəmsal nəqliyyat və ağıllı mobillik sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər

Bakıdan Türkiyəyə qatarla gediş-gəliş başladı

Bazarda şok qiymət artımı: Mühərrik yağları 30 faiz bahalaşdı

"Ermənistanı Ukraynanın taleyi gözləyir" - Volodindən XƏBƏRDARLIQ

“AzerGold” QSC Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Göygöl və Daşkəsəndə səyyar tamaşalar təşkil edib

“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi

Sabah hava necə olacaq?

Ermənistan-Türkiyə yaxınlaşması regionda güc balansını belə dəyişəcək: Rusiya və İran...

Azərbaycanla dəmir yolunun açılması ilə bağlı Gürcüstandan açıqlama

Xətai rayonunda 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar konsert proqramı təşkil olunub+VİDEO

Tramp İsrail və Hizbullahın Livana hücumunu dayandırmaq barədə razılığa gəldiyini bildirib

Müqavimət göstərən sürücü saxlanıldı

Abşeronda Uşaqların Beynəlxalq Müdafiəsi Günü şəhid övladları ilə birgə qeyd edilib

“Nar” gənclərin təhsilinə dəstək olmağa davam edir

Netanyahu ilə danışdıqdan sonra Tramp İsrail qoşunlarının Beyruta getməyəcəyini bildirib

Küveyt İrana xəbərdarlıq etdi

Saakaşvilidən müharibə xəbərdarlığı: Bakı buna icazə verməyəcək

Prezident İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək

Bakıda evdən 6 min dollar oğurlayan usta saxlanıldı

Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Prezident Qurban Qurbanovu təltif etdi

Qubanın 3 kəndinin adı dəyişdirildi

Yaşla əlaqəli beyin iltihabının müalicəsi tapıldı

Bütün xəbərlər