hadise
26.10.2019
Lənkəranda istirahət mərkəzində ölüm - Pasiyent vanna qəbulu zamanı keçindi

Lənkəranda sanatoriyada ölüm hadisəsi baş verib.
dogruxeber.tv-ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən "Palıdlı sahil" istirahət Mərkəzində qeydə alınıb.
Sumqayıt şəhər sakini, 1961-ci il təvəllüdlü Ağayev Elbrus Əsgər oğlu istirahət mərkəzinin birinci mərtəbəsindəki vanna otağında yod-brom vannası qəbul edərkən qəfil vəziyyəti pisləşib. E.Ağayev vannada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır./Trend


