hadise
9.07.2019, 10:21
Dənizkənarı parkda FACİƏ: İstirahət edən kişi qəflətən keçindi
![]()
Sumqayıtda parkda faciə yaşanıb.
AP.A bildirir ki, hadisə şəhərin dənizkənarı parkında "Göyərçin" abidəsinin yaxınlığında qeydə alınıb.
Belə ki, axşam saatlarında parkda istirahət edən Sumqayıt şəhər sakini 1937-ci il təvəllüdlü Əliyev Sahib Əlövsət oğlu oturduğu yerdə keçinib. Onun bu yaxınlarda ürək əməliyyatı keçirdiyi bildirilir.
Mərhumun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib


