gundem / dunya
30.04.2026, 16:00
"Bunu Netanyahudan xahiş etdim" - Tramp
ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahudan tammiqyaslı hərbi əməliyyatlara başlamamağı və bunun əvəzinə Livanda yalnız hədəfə alınmış əməliyyatlar aparmağı xahiş edib.
DogruXeber.tv xəbər verir ki, Amerika lideri bunu "Axios"a verdiyi müsahibədə bildirib.
"Mən Netanyahuya dedim ki, o, daha cərrahi yolla hərəkət etməlidir. Binaları dağıtmamalıdır. O, bunu edə bilməz. Bu, çox dəhşətlidir və İsraili pis vəziyyətə salır", - deyə dövlət başçısı qeyd edib.
Xatırladaq ki, aprelin 14-də İsrail və Livan arasında birbaşa danışıqların ilk mərhələsi keçirilib. Tərəflər 10 günlük atəşkəs barədə razılığa gəliblər. Atəşkəs aprelin 17-də elan edilib.
Aprelin 22-də İsrail Müdafiə Qüvvələri (İMQ) şiə hərəkatı "Hizbullah"ı Livanda atəşkəsi pozmaqda ittiham edib. Bundan sonra Netanyahunun ofisi "Hizbullah hədəflərinə qarşı böyük zərbələr endirməyi əmr edib.



