“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

Cari ilin I rübünə görə “Meqa Sığorta” ASC-nin rüblük gəlirlərində azalma müşahidə olunub.

DogruXeber.tv Valyuta.az-a istiandən xəbər verir ki, ilk rübdə sığorta şirkəti ümumilikdə 7 milyon 570 min 186,82 manat gəlir əldə edib. Ötən ilin eyni dövründə isə bu göstərici 8 milyon 38 min 256,14 manat olub. Bu, illik müqayisədə 468 min 69 manat və ya 5,82% azalma deməkdir.

Əsas əməliyyat gəlirləri də azalıb. Belə ki, cari ilin I rübündə bu göstərici 7 milyon 189 min 535,34 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 343 min 294 manat və ya 4,56% azalma deməkdir. Ötən ilin eyni dövründə əsas əməliyyat gəlirləri 7 milyon 532 min 829,36 manat olub.

Xərclərdə isə artım qeydə alınıb. Cari ilin ilk rübündə şirkətin xərcləri 7 milyon 415 min 415,52 manat təşkil edib, ötən ilin eyni dövründə isə bu göstərici 6 milyon 604 min 163,71 manat olub. Bu da illik müqayisədə 811 min 251 manat və ya 12,29% artım deməkdir.

Ətraflı

Sığorta şirkətinin əsas əməliyyat xərcləri də yüksəlib. Belə ki, bu ilin I rübündə 4 milyon 347 min 197,79 manat olan bu göstərici ötən ilin eyni dövründə 3 milyon 958 min 546,10 manat olub. Bu isə 388 min 651 manat və ya 9,82% artım deməkdir.

Maliyyə mənfəəti cari ilin I rübündə 154 min 771,30 manat olub, ötən ilin eyni dövründə isə 1 milyon 434 min 92,43 manat təşkil edib. Bu da illik müqayisədə 1 milyon 279 min 321 manat və ya 89,22% azalma deməkdir.

“Meqa Sığorta”da xalis mənfəət də kəskin azalıb. Cari ilin I rübündə şirkət 128 min 817,04 manat xalis mənfəət əldə edib. Ötən ilin eyni dövründə isə bu göstərici 1 milyon 147 min 273,94 manat olub. Bu da illik müqayisədə 1 milyon 18 min 456 manat və ya 88,78% azalma deməkdir.

Cəmi aktivlərdə də azalma müşahidə olunub. Belə ki, cari ilin I rübündə 56 milyon 775 min 415,67 manat olan aktivlər ötən ilin eyni dövründə 57 milyon 347 min 923,97 manat olub. Bu da 572 min 508 manat və ya 1% azalma deməkdir.

Cəmi öhdəliklər isə demək olar ki, dəyişməyib. Cari ilin I rübündə 27 milyon 52 min 181,02 manat olan öhdəliklər ötən ilin eyni dövründə 27 milyon 67 min 946,10 manat olub. Bu da 15 min 765 manat və ya 0,06% azalma deməkdir

Oxunub: 4

Son xəbərlər

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

İranın yarım milyardlıq kriptovalyutasını ələ keçirdilər

Hikmət Hacıyev Kolumbiya XİN rəhbərinin müavini ilə görüşdü

Bütün xəbərlər