"Azərsığorta" icbari şəxsi sığortaların kabusundan xilas ola bilmir - 10,4 milyonluq zərər

Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) 2022-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

"dogruxeber.tv" bildirir ki, bu barədə "APA-Economics" sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Azərsığorta”nın gəlirləri 41,6% azalaraq 34 milyon 532 min manat, xərcləri isə 38,8% azalaraq 44 milyon 985 min manata enib. 2021-ci ildə sığorta şirkətinin gəlirləri 59 milyon 120 min manat, xərcləri 73 milyon 414 min manat təşkil etmişdi. Sığorta şirkətinin xərcləri gəlirlərini üstələdiyindən əməliyyat zərəri, o cümlədən xalis zərəri 10 milyon 453 min manata bərabər olub. Əvvəlki ilə nisbətən sığorta şirkətinin xalis zərəri 26,7% azalıb. Belə ki, 2021-ci ildə "Azərsığorta" 14 milyon 295 min manat xalis zərər açıqlamışdı.

2022-ci ildə “Azərsığorta”nın 16 milyon 465 min manat sığorta yığımı qarşığınında 20 milyon 88 min manat ödəniş həyata keçirib. Başqa sözlə, topladığından 25% artıq ödəniş həyata keçirib.

Hesabat dövrü üzrə sığorta şirkəti 2,9 dəfə kiçilib. Belə ki, sığorta şirkətinin aktivləri 2022-ci ilin əvvəlindəki 49 milyon 180 min manatdan ilin sonunda 17 milyon 298 min manata enib. Şirkətin cəmi öhdəlikləri isə 1,9 dəfə azalaraq 45 milyon 396 min manatdan 24 milyon 509 min manata düşüb. Sığorta şirkətinin kapital çatışmazlığı isə 7 milyon 210 min manata bərabər olub.

Xatırladaq ki, dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətlər 2022-ci ilin yanvarın 1-dən "Azərsığorta"dan alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) ötürülüb. Portfelinin böyük hissəsinin ƏƏSMN-ə ötürülməsi sığorta şirkətinin maliyyə göstəricilərinə kəskin şəkildə təsir göstərib.

Oxunub: 292

Son xəbərlər

Gənc samboçumuz Avropanı fəth etdi

Şagirdin bu gün ehtiyacı olan SEVGİDİR

Cənubi Qafqazda yeni güc balansı və infrastruktur rəqabəti - Azərbaycan önə çıxır

Rabitəbankdan sahibkarlar gününün 10 illiyinə özəl mikrokreditlər üzrə “10% daha sərfəli” kampaniyası

Baş prokuror İran səfirini qəbul edib

Aİ liderləri yeni maliyyə resurslarının tətbiqinə geniş dəstək ifadə ediblər

Dağıstan və Çeçenistanda genişmiqyaslı torpaq sürüşmələri baş verə bilər

Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik edib

Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb

70 yaşlı kişini lüks avtomobili ilə DƏFN ETDİLƏR

Xarici media nümayəndələri Zəngilan rayonunun Ağalı kəndinə səfər ediblər

Dövlət Xidməti Sabirabadda vətəndaş qəbulu keçirdi

İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək

Rəsmi şəxs yadplanetlilərin mövcudluğunu təsdiqlədi – “Şəxsən görmüşəm”

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

Azərbaycanın İsraillə ticarət dövriyyəsi 4 %-dən çox azalıb

“Bakı Metroıpoliteni” 138 min manata domkrat alır: Vüsal Aslanov öz işindədir

Azərbaycan-Çexiya İkitərəfli hərbi əməkdaşlıq planı imzalanıb

Putin ermənilərə çağırış etdi

Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verildi

Milli Məclis MSK-nın yeni tərkibi ilə bağlı qərar verəcək

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində rekultivasiya işlərinə başlanılıb

Daşkəsən rayonunda silsilə ağacəkmə aksiyaları keçirilib

“Nar” Kitab gününü Salyanda qeyd edib

Bakıda "imtahan" verdiyi anda Gəncədə çıxış edir... - Saxtakarlıq

Pensiyalarla bağlı MƏLUMAT VERİLDİ

Pentaqonda qalmaqal: Əsgər iştirak etdiyi Maduro əməliyyatına mərc edib

Kəlbəcər və Laçına sulu qar yağıb

SHXÇDX-nin rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxsi həbs edilib - BİRGƏ MƏLUMAT

Qızıl ucuzlaşmağa DAVAM EDİR

Bütün xəbərlər