Pentaqonda qalmaqal: Əsgər iştirak etdiyi Maduro əməliyyatına mərc edib

ABŞ-da xüsusi təyinatlı qüvvələrin hərbi qulluqçusu hərbi əməliyyatın nəticələrinə mərc edərək məxfi məlumatlardan istifadə etməkdə şübhəli bilinərək saxlanılıb.

DogruXeber.tv xəbər verir ki, bu barədə "Axios" nəşri yazır.

Fort Breqq bazasında xidmət edən master-serjant Gennon Ken Van Daykın Venesuela prezidenti Nikolas Maduroya qarşı yönəlmiş reyd barədə gizli məlumatlardan istifadə edərək proqnoz platformasında mərc etdiyi iddia olunur.

İstintaqın məlumatına görə, hərbçi əməliyyatın planlaşdırılması və icrasında birbaşa iştirak edib, bu da ona qapalı məlumatlara çıxış imkanı verib. O, bu məlumatlardan istifadə edərək Venesueladakı hadisələrin inkişafı ilə bağlı proqnozlar verib.

Federal Tədqiqat Bürosu (FTB) bildirib ki, şübhəli şəxs əməliyyatın gedişi ilə bağlı proqnozların alqı-satqısı hesabına 400 min dollardan çox gəlir əldə edib.

Bu iş artıq presedent kimi qiymətləndirilir. Belə ki, bu, proqnoz bazarında insayder məlumatlardan istifadəyə görə cinayət təqibinin ilk hallardan biri ola bilər. ABŞ hakimiyyəti bu cür əməlləri milli təhlükəsizliyin və maliyyə qanunvericiliyinin ciddi pozuntusu kimi dəyərləndirir.

Xatırladaq ki, yanvarın əvvəlində ABŞ hərbçiləri Karakasda Nikolas Maduronu və onun həyat yoldaşı Siliya Floresi ələ keçirmək üçün əməliyyat həyata keçiriblər. ABŞ ordusu tərəfindən saxlanılan Venesuela lideri və həyat yoldaşı daha sonra Nyu-Yorkda məhkəmə qarşısına çıxarılıb.//qaynarinfo

Oxunub: 45

Son xəbərlər

Milli Məclis MSK-nın yeni tərkibi ilə bağlı qərar verəcək

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində rekultivasiya işlərinə başlanılıb

Daşkəsən rayonunda silsilə ağacəkmə aksiyaları keçirilib

“Nar” Kitab gününü Salyanda qeyd edib

Bakıda "imtahan" verdiyi anda Gəncədə çıxış edir... - Saxtakarlıq

Pensiyalarla bağlı MƏLUMAT VERİLDİ

Pentaqonda qalmaqal: Əsgər iştirak etdiyi Maduro əməliyyatına mərc edib

Kəlbəcər və Laçına sulu qar yağıb

SHXÇDX-nin rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxsi həbs edilib - BİRGƏ MƏLUMAT

Qızıl ucuzlaşmağa DAVAM EDİR

İsrail və Livan arasındakı atəşkəs üç həftə uzadılacaq

Günün valyuta məzənnələri açıqlanıb

Odessaya kütləvi dron hücumu nəticəsində 2 nəfər ölüb, 14 yaralı var

"Abşeron Lions" "Neftçi"ni məğlub edib

Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzi yeni nəqliyyat vasitələri satın alır

Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti seçildi

Gəncədə dəm qazından boğulub ölən və zəhərlənənlər var

Bugünkü əməliyyatda saxlanılanların – Adları

Azərbaycanda maaş sistemi dəyişir – YENİ MODEL

ABŞ Hind okeanında İrana məxsus neft tankerini ələ keçirdi

Tarixin ən böyük enerji böhranı: "Çox neft və qaz itirdik"

Naxçıvan şəhərinin ticarət rəhbəri işdən çıxdı

Sosial media istifadəçilərinin NƏZƏRİNƏ

“Nə vaxta qədər ərə siqaret pulu verməli idim?”

Nazir yeni aparat rəhbəri təyin etdi

"Qalatasaray" TFF ilə bütün əlaqələrini kəsdi

“Yelo Bank”da mənfəət kəskin azalır

UFO tədqiqatçıları ya itkin düşür, ya da ölü tapılır - ABŞ-də müəmmalı hadisə

Yaponiyada 230 min toyuq MƏHV EDİLDİ

Pentaqonda daha bir istefa

Bütün xəbərlər