“Nə vaxta qədər ərə siqaret pulu verməli idim?”

Müğənni Aysun İsmayılova şəxsi həyatı ilə bağlı diqqət çəkən açıqlamalar verib.

DogruXeber.tv -in məlumatına görə, sənətçi bildirib ki, nişanlandıqdan qısa müddət sonra üzüyü geri qaytarmaq istəsə də, ailəsinin reaksiyası səbəbindən bu addımı ata bilməyib. Onun sözlərinə görə, həmin vaxt anası Rəqsanə İsmayılovanın “camaat nə deyər” düşüncəsi qərarına ciddi təsir edib və bu səbəbdən evlilik qərarı verib.

İsmayılova əlavə edib ki, anası ilk evliliyinə qarşı olsa da, o yenə də ailə qurmağa qərar verib. Müğənni sonradan bu qərarın düzgün olmadığını anlayıb və o dövrdə daha təcrübəsiz olduğunu etiraf edib:

“Nişanımızdan bir ay keçməmişdi. Moskvadakı evimizin balaca restoranı da vardı. Orada anamı çağırıb dedim ki, nişanı qaytarmaq istəyirəm. O isə ‘yox, camaata nə deyərik?’ dedi. Elə o andan bu söz beynimə həkk olundu. İndiki düşüncə ilə baxanda anlayıram ki, o vaxt ağlımda deyildim, hələ uşaq idim. Düşündüm ki, camaat nə deyər, ailə qurmalıyam.

Daha sonra anam birinci evliliyimə qarşı olsa da, yenə də ərə getdim. Çünki beynimdə ‘camaat nə deyər’ fikri qalmışdı. Mən işləməyi, pul qazanmağı sevən biriyəm. Amma nə vaxta kimi kişiyə siqaret pulu, çörək pulu verməli idim? Bu qədər də olmaz. İnsan yalnız öz rahatlığını düşünürsə, belə münasibət alınmaz”.

Sənətçi həmçinin münasibətlərdə maddi məsuliyyət mövzusuna da toxunaraq, uzun müddət qarşı tərəfə maddi dəstək göstərməyin düzgün olmadığını vurğulayıb. Onun bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.//Milli.Az

Son xəbərlər

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...

Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI

Zakir Həsənov Pakistana başsağlığı verdi

Qızıl və gümüş ucuzlaşdı

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Bütün xəbərlər