gundem / dunya
23.04.2026, 17:30
ABŞ Hind okeanında İrana məxsus neft tankerini ələ keçirdi
ABŞ ordusu Hind okeanında İrandan neft daşıyan və beynəlxalq sanksiyaları pozduğundan şübhə duyulan bir gəmiyə əməliyyat keçirərək əl qoyub.
DogruXeber.tv xarici KİV-ə istinadən xəbər verir ki, .ənbələrin verdiyi məlumata görə, sözügedən tanker İrandan neft daşıyırmış və ABŞ-ın tətbiq etdiyi embarqolara zidd olaraq qeyri-qanuni daşınmalarla məşğul olub.
Hadisə zamanı gəminin heyəti və yükü ilə bağlı təhqiqatlara başlanılıb, ABŞ rəsmiləri isə bu addımın regionda sanksiyalara nəzarət etmək və İranın qeyri-qanuni gəlir mənbələrini kəsmək məqsədi daşıdığını bildirib. İran tərəfi hələlik hadisə ilə bağlı rəsmi bəyanat verməsə də, bu cür hərəkətlərin bölgədə gərginliyi artıra biləcəyi proqnozlaşdırılır.



