gundem / dunya
11.08.2023, 17:08
İran Xarici İşlər Nazirliyi dondurulmuş aktivlərlə bağlı bəyanat yayıb
İran Xarici İşlər Nazirliyi İranın aktivlərinin azad edilməsi və ABŞ-da qanunsuz olaraq saxlanılan bir sıra məhbusların azad edilməsi ilə bağlı bəyanat yayıb.
"dogruxeber.tv"ın İRNA-ya istinadən bu gün verdiyi xəbərə görə, bəyanatda ABŞ-ın Cənubi Koreyada qeyri-qanuni olaraq dondurduğu İranın bir neçə milyard dollarlıq aktivlərinin sərbəst buraxılması prosesinin başladığı bildirilib.
Bəyanatda əlavə edilib ki, İran ABŞ-ın bununla bağlı öhdəliklərinə sadiq qalması üçün lazımi təminat alıb.
Bildirilib ki, İran bu aktivlərdən necə istifadə edəcəyini müəyyənləşdirəcək və əlaqədar qurumlar tərəfindən təyin olunduğu kimi ölkənin müxtəlif ehtiyaclarını ödəmək üçün istehlak ediləcək.
Bəyanatda həmçinin əlavə edilib ki, İran Xarici İşlər Nazirliyi son illər ərzində ABŞ-ın Tehrana qarşı tətbiq etdiyi sanksiyalardan yayınmağa çalışdığına dair yalan iddialara görə ABŞ-da qeyri-qanuni həbsdə olan bir sıra günahsız iranlıların azadlığa buraxılması üçün ciddi addımlar atıb.
Qeyd olunub ki, ABŞ tərəfindən qanunsuz olaraq saxlanılan bir sıra məhbusların azadlığa buraxılması tezliklə reallaşacaq.
Bəyanatda əlavə edilib ki, ABŞ məhbusları hələ də İrandadır.
dogruxeber.tv
Rəna Gözəlova



