gundem / hadise
23.04.2026, 11:30
Ağstafada məktəbdə insident - 14 yaşlı şagird bıçaqlandı (YENİLƏNİB)
Ağstafada mərtəbəliyə xəsarət yetirən şəxslə bağlı axtarışlara başlanıb.
DogruXeber.tv-in məlumatına görə, Ağstafa rayon Polis Şöbəsinə rayonun 3 saylı tam orta məktəbinin şagirdi, 8-ci sinif şagirdi U. İ-yə digər məktəbli tərəfindən kəsici-deşici alətlə xəsarət yetirməsi barədə məlumat daxil olub.
Hazırda həmin şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
*** 10:14
Ağstafada bıçaqlanma baş verib.
"32gun.az"ın məlumatına görə, hadisə Ağstafa şəhəri 3 nömrəli tam orta məktəbdə qeydə alınıb. Belə ki, məktəbin şagirdi 2012-ci il təvəllüdlü U.İ sol bud nahiyəsinin kəsilmiş deşilmiş bıçaq yarası diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, U.İ. məktəbdə dava zamanı bıçaq xəsarəti alıb. Hazırda hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.//32gun.az



