gundem / hadise
25.06.2021, 08:04
Bakıda 30 yaşlı gənc oğlan bıçaqlandı
dogruxeber.tv: - Bakıda bıçaqlanma hadisəsi baş verib.
Hadisə paytaxt ərazisində qeydə alınıb.
1991-ci il təvəllüdlü Xankişiyev Telman Əmirullah oğlu dava zamanı bıçaqlanıb. Yaralı təcili yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona qarın boşluğunda daxilə nüfuz edən kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.//dia.az



