hadise
31.10.2019, 14:56
Ağstafada kişi iki nəfəri güllələdi: biri əmisidir - YENİLƏNİB

Ağstafa rayonunda iki nəfəri güllələyən şəxs saxlanılıb.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə ov tüfəngi ilə törədilib.
Güllələyən şəxs Sərxan Məmmədov artıq polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, S.Məmmədov yaralı Məmmədov Qabil Ələsgər oğlunun qardaşı oğludur.
Fakt araşdırılır.
14:21
Ağstafa rayonunda güllələnmə hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.
Kənd sakinləri - 1968-ci il təvəllüdlü Məmmədov Qabil Ələsgər oğlu və 1959-cu il təvəllüdlü Əlləcov Yusif Əsgər oğlu güllə yarası alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb.
Hadisənin hansı şəraitdə baş verdiyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.


