gundem / dunya
8.08.2023
İran tankeri batan gəminin ekipaj üzvlərini xilas edib
İran Milli Tanker Şirkəti (NITC) Fars körfəzində qəzaya uğrayan gəminin ekipaj üzvlərini xilas edib.
"dogruxeber.tv"ın irna-ya istinadən məlumatına görə, NITC bu gün yaydığı hesabatda bildirib ki, neft tankerlərindən biri İranın cənubundakı Bəndər Abbas istiqamətində hərəkət edərkən batan gəmidən təhlükə siqnalı alıb və dərhal Kiş adasının sularında batan gəminin mövqeyinə doğru istiqamətini dəyişib. .
Xilasetmə əməliyyatına neft tankeri çatan kimi başlanılıb və neft tankerinin kapitanı və dənizçilərinin vaxtında hərəkətləri ilə bu gəminin altı ekipaj üzvü suda boğulmaqdan xilas edilib.
Məlumatda əlavə edilib ki, neft tankeri xilasetmə əməliyyatından sonra ilkin kursuna qayıdıb və xilas edilən 6 ekipaj üzvünü Bəndər Abbasa çatdırıb.
dogruxeber.tv
Rəna Gözəlova



