“Yelo Bank”da mənfəət kəskin azalır

“Yelo Bank”ın 2026-cı ilin birinci rübü üzrə açıqladığı maliyyə hesabatları bankın ciddi risklərlə üz-üzə qaldığını göstərir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə mənfəətin 40% azalması və depozit portfelindəki daralma bankın dayanıqlılığı ilə bağlı suallar doğurur.

DogruXeber.tv AFN.az-a istinadən xəbər verir ki, “Yelo Bank”ın xalis mənfəəti 2025-ci ilin birinci rübündəki 11.1 milyon AZN-dən 2026-cı ilin eyni dövründə 6.6 milyon AZN-ə qədər kəskin geriləyib. Bu azalmanın əsas səbəbi qeyri-faiz gəlirlərinin 33%-dən çox azalaraq 2.7 milyon AZN-ə düşməsidir. Bankın gəlir diversifikasiyasını təmin edə bilməməsi və demək olar ki, tamamilə kredit faizlərindən asılı qalması onu bazar dəyişiklikləri qarşısında müdafiəsiz qoyur.

Müştərilər vəsaitlərini çəkir?
Bankın ən həssas nöqtəsi olan depozit portfelində mənfi tendensiya müşahidə olunur. Belə ki, rüb ərzində müştərilərin depozit və cari hesablarında 29.4 milyon AZN həcmində xalis azalma baş verib. Bu, bankın resurs bazasının zəiflədiyinə və müştəri etimadının sarsıldığına dair siqnal kimi qiymətləndirilə bilər. Xüsusilə nəzərə alsaq ki, fiziki şəxslərin əmanətləri cəmi depozitlərin 86%-ni (914.5 milyon AZN) təşkil edir, bu kütləvi asılılıq istənilən iqtisadi dalğalanmada bank üçün ciddi təhlükə yaradır.

“Ani” təhlükə: 190 milyonluq likvidlik boşluğu
“Yelo Bank”ın likvidlik hesabatındakı rəqəmlər daha narahatedicidir. Bankın “ani” öhdəlikləri ilə aktivləri arasında 189.7 milyon AZN həcmində nəhəng bir kəsir yaranıb. Bu o deməkdir ki, bankın dərhal nağda çevrilə bilən vəsaitləri (45.8 milyon AZN) müştərilərin istənilən an geri tələb edə biləcəyi 235.5 milyon AZN-lik tələbli depozitləri qarşılamaq gücündə deyil.

Son rəqəmlər bankın kredit portfelinin keyfiyyəti ilə bağlı da suallar doğurur. 1 milyard manatlıq portfeli olan “Yelo Bank”da 236.7 milyon manatlıq kredit tamamilə təminatsızdır. Problemlər bununla bitmir: 102.4 milyon manatlıq borcun vaxtı keçib, 17.4 milyon manatlıq hissə isə artıq bir ildən çoxdur geri qaytarılmır. Bankın ümumi yığılmış zərəri isə -206.9 milyon manat təşkil edir ki, bu da qurumun hələ də ağır maliyyə yükü altında olduğunu sübut edir.

Yelo Bank-ın “rəqəmsal və aqressiv böyümə” adı altında apardığı siyasət, rəqəmləri analiz etdikdə, yüksək risk və azalan səmərəlilik kimi görünür. 190 milyonluq ani likvidlik boşluğu və azalan mənfəət fonunda bankın rəhbərliyinin hansı addımlar atacağı maraq doğurur. Əgər depozit çıxışı davam edərsə, bankı daha çətin rüblər gözləyə bilər.

Oxunub: 41

Son xəbərlər

Naxçıvan şəhərinin ticarət rəhbəri işdən çıxdı

Sosial media istifadəçilərinin NƏZƏRİNƏ

“Nə vaxta qədər ərə siqaret pulu verməli idim?”

Nazir yeni aparat rəhbəri təyin etdi

"Qalatasaray" TFF ilə bütün əlaqələrini kəsdi

“Yelo Bank”da mənfəət kəskin azalır

UFO tədqiqatçıları ya itkin düşür, ya da ölü tapılır - ABŞ-də müəmmalı hadisə

Yaponiyada 230 min toyuq MƏHV EDİLDİ

Pentaqonda daha bir istefa

TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Vergi orqanlarına edilən müraciətlərin sayı 14%-ə yaxın azalıb

Rəqsanə İsmayılova barəsindəki qərar dəyişdirildi

ADSEA Kürün daşması ilə bağlı məlumatlara AYDINLIQ GƏTİRDİ

Ohanyan: “İrəvan 28 mayda Azərbaycana hesabat verəcək”

Prezident müraciət ünvanladı

Etimadın kölgəsində böyüyən sərvət

İçməli və tullantı su təchizatına qoşulma üzrə tələb olunan sənədlər – Maarifləndirmə

Dörd qadın güləşçimiz AÇ-də mübarizəyə başlayır

“Paşinyan Bakının əlaltısıdır”

ABŞ Rusiyanı G20 sammitinə dəvət etdi

Expressbank "Sahibkarlar Günü" münasibətilə sahibkarlarla görüş keçirib

Yeni Klinikaya təyin olunan DİREKTOR KİMDİR?

Ağstafada məktəbdə insident - 14 yaşlı şagird bıçaqlandı (YENİLƏNİB)

Səhiyyədə gecikmiş qərarlar və yeni ümidlər

Qızıl və gümüşü olanlara PİS XƏBƏR

Millimiz Avropa çempionu oldu

Avro və rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Bryansk bölgəsindəki meşədə beş yeniyetmə azıb

Sinif yoldaşını yandıran şagirdlə bağlı QƏRAR VERİLDİ

Bakının bir sıra yollarında tıxac yaranıb

Bütün xəbərlər