Ramiz Mehdiyevin ailəsinin bankı bağlanır: Pul yoxdur

Azərbaycandakı banklar 2022-ci il üzrə (yanvar-dekabr) maliyyə göstəricilərini açıqlayıblar.

2022-ci il 26 bankdan 24-ü xalis mənfəət, 2-si xalis zərərlə başa vurub. "Bank BTB"nin xalis zərəri ehtiyat yaratması ilə əlaqədardır. Bank ötən il əməliyyat mənfəəti təmin edə bilib. Pakistan Milli Bankı Bakı filialının lisenziyası isə 2022-ci ilin oktyabr ayında ləğv edilib.

Mərkəzi Bankın məlumatına görə, 2022-ci ildə banklar 1 milyard 371.4 milyon manat məbləğində əməliyyat mənfəəti, 914.5 milyon manat məbləğində xalis mənfəət əldə ediblər. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə bankların əməliyyat və xalis mənfəətləri müvafiq olaraq 45% və 50% artıb. Banklar tərəfindən 2022-ci il ərzində 261.5 milyon manat məbləğində mənfəət vergisi ödənilib.

Maraqlıdır, xalis zərər edən bankların bağlanma təhlükəsi varmı?

Cebhe.info-ya açıqlamasında bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, bank minimum kapital tələbinə riayət etməyə davam edirsə, zərərlə işləməsi onun bağlanmasına səbəb olmur:

"Bank rəhbərliyi özləri istəsə, bağlaya bilərlər. Belə bir misal çəkim. Deyək ki, bankın özünün 70 milyonu var, xalis zərəri də 10 milyondur. Deməli, banka 60 milyon qalır, minimum kapital tələbi isə 50 milyondur. Deməli, bu da bağlanmaya səbəb olmur. Bank səhmdarları əlavə pul qoysalar, yenə də problem yaranmaz. Yəni xalis zərər kapital tələbindən çox olarsa, bank bağlana bilər. Sadəcə hamımız bilirik ki, "BTB Bank"ı Ramiz Mehdiyevin ailəsinə bağlayırlar. Buna görə ola bilər ki, səhmdarlar banka pul qoymasın. Yəni bu cəhətdən bankın bağlanmasını da istisna etməyək. Onsuz elə də böyük bank deyil".

Oxunub: 1 450

Son xəbərlər

Bugünkü əməliyyatda saxlanılanların – Adları

Azərbaycanda maaş sistemi dəyişir – YENİ MODEL

ABŞ Hind okeanında İrana məxsus neft tankerini ələ keçirdi

Tarixin ən böyük enerji böhranı: "Çox neft və qaz itirdik"

Naxçıvan şəhərinin ticarət rəhbəri işdən çıxdı

Sosial media istifadəçilərinin NƏZƏRİNƏ

“Nə vaxta qədər ərə siqaret pulu verməli idim?”

Nazir yeni aparat rəhbəri təyin etdi

"Qalatasaray" TFF ilə bütün əlaqələrini kəsdi

“Yelo Bank”da mənfəət kəskin azalır

UFO tədqiqatçıları ya itkin düşür, ya da ölü tapılır - ABŞ-də müəmmalı hadisə

Yaponiyada 230 min toyuq MƏHV EDİLDİ

Pentaqonda daha bir istefa

TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Vergi orqanlarına edilən müraciətlərin sayı 14%-ə yaxın azalıb

Rəqsanə İsmayılova barəsindəki qərar dəyişdirildi

ADSEA Kürün daşması ilə bağlı məlumatlara AYDINLIQ GƏTİRDİ

Ohanyan: “İrəvan 28 mayda Azərbaycana hesabat verəcək”

Prezident müraciət ünvanladı

Etimadın kölgəsində böyüyən sərvət

İçməli və tullantı su təchizatına qoşulma üzrə tələb olunan sənədlər – Maarifləndirmə

Dörd qadın güləşçimiz AÇ-də mübarizəyə başlayır

“Paşinyan Bakının əlaltısıdır”

ABŞ Rusiyanı G20 sammitinə dəvət etdi

Expressbank "Sahibkarlar Günü" münasibətilə sahibkarlarla görüş keçirib

Yeni Klinikaya təyin olunan DİREKTOR KİMDİR?

Ağstafada məktəbdə insident - 14 yaşlı şagird bıçaqlandı (YENİLƏNİB)

Səhiyyədə gecikmiş qərarlar və yeni ümidlər

Qızıl və gümüşü olanlara PİS XƏBƏR

Millimiz Avropa çempionu oldu

Bütün xəbərlər