«ASB Bank» «kiçilib», bankdakı depozitlər azalıb – HESABAT

Azərbaycanın aparıcı banklarından olan «ASB Bank»ın 2-ci rübün sonuna olan maliyyə vəziyyəti açıqlanıb. "DoğruXəbər.az" FED.az-a istinadla xəbər verir ki, 2022-ci ilin ilk yarısında bankın faiz gəlirləri 15,5% azalaraq ötənilki 14,4 milyon manatdan 12,1 milyon manata enib.

Bankın kreditlərdən əldə etdiyi faiz gəlirləri 18% azalaraq 6,7 milyon manata, başqa banklardakı depozitlərdən əldə etdiyi gəlirlər isə 12% azalaraq 5,4 milyon manata enib.

İlk yarım ildə «ASB Bank»ın faiz xərcləri də 2,7 milyon manat və ya 34% azalaraq 5,3 milyon manta enib. Faiz xərclərinin azalmasının səbəbi bankdakı depozitlər üzrə ödənilən faizlərin həcminin azalması ilə bağlıdır. Ötən ilin eyni dövründə 6,88 milyon manat olan faiz ödənişləri bu il 42% azalaraq 3,99 milyon manata enib. Nəticədə ilk yarım ilin sonunda bankın xalis faiz 6,8 milyon manat olub.

Bu dövrdə ASB bankın qeyri-faiz gəlirləri 1,3 milyon manat artaraq 4,3 milyon manata yüksəlib. Bankın komissiya gəlirləri 1 milyon manat artaraq 1,6 milyon manata çatıb.

Qeyri-faiz xəcləri isə təqribən 9% artaraq 8,1 milyon manat olub.

Bu dövrdə ASB-də əmək haqqı xərcləri 140 min manat və ya 6% azalaraq 2,24 milyon manata enib. Son nəticədə bankın əməliyyat mənfəəti 57% artaraq 2,9 milyon manata yüksəlib.

Bank mümkün zərərlər üzrə ayırdığı ehtiyatların 816 min manatını geori çəkib, eyni zamanda 760 min manat vergi ödəyib. Nəticədə 2-ci rübün sonuna ASB bankın xalis mənfəəti 3 milyon manatı keçib. Bu əvvəlki illə müqayisədə təqribən 3 dəfə artıqdır.

2022-ci ilin ilk yarım ilinin nəticələrinə görə, «ASB Bank» kiçilib. Bankın aktivləri 74 milyon manat və ya milyon manat və 9% azalaraq ilin əvvəlindəki 812 milyon manatdan 738 milyon manata düşüb. Qeyd edək ki, «ASB Bank»da aktivlərin azalması ötən ildən davam edir. Belə ki, 2021-ci ilin ilk yarısında bankın aktivləri 864 milyon manat idi.

Bu dövrdə ASB bankın digər banklardakı depozitləri 82 mlyon manat azalaraq 467 milyon manatdan 385 milyon manata enib. Bankın xalis kredit portfeli isə 250 milyon manat təşkil edib.

İlk yarım ildə bankın öhdəlikləri də 77 milyon manat azalaraq 707 milyondan 630 milyon manata enib. Azalmanın səbəbi bankdakı depozitlərin həcminin 58 milyon manat və ya 11% azalmasıdır.

Əvəzində bankın cəmi kapitalı 2,5 milyon manat artaraq 105,5 milyon manatdan 108 milyon manata yüksəlib.

Oxunub: 463

Son xəbərlər

Bugünkü əməliyyatda saxlanılanların – Adları

Azərbaycanda maaş sistemi dəyişir – YENİ MODEL

ABŞ Hind okeanında İrana məxsus neft tankerini ələ keçirdi

Tarixin ən böyük enerji böhranı: "Çox neft və qaz itirdik"

Naxçıvan şəhərinin ticarət rəhbəri işdən çıxdı

Sosial media istifadəçilərinin NƏZƏRİNƏ

“Nə vaxta qədər ərə siqaret pulu verməli idim?”

Nazir yeni aparat rəhbəri təyin etdi

"Qalatasaray" TFF ilə bütün əlaqələrini kəsdi

“Yelo Bank”da mənfəət kəskin azalır

UFO tədqiqatçıları ya itkin düşür, ya da ölü tapılır - ABŞ-də müəmmalı hadisə

Yaponiyada 230 min toyuq MƏHV EDİLDİ

Pentaqonda daha bir istefa

TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Vergi orqanlarına edilən müraciətlərin sayı 14%-ə yaxın azalıb

Rəqsanə İsmayılova barəsindəki qərar dəyişdirildi

ADSEA Kürün daşması ilə bağlı məlumatlara AYDINLIQ GƏTİRDİ

Ohanyan: “İrəvan 28 mayda Azərbaycana hesabat verəcək”

Prezident müraciət ünvanladı

Etimadın kölgəsində böyüyən sərvət

İçməli və tullantı su təchizatına qoşulma üzrə tələb olunan sənədlər – Maarifləndirmə

Dörd qadın güləşçimiz AÇ-də mübarizəyə başlayır

“Paşinyan Bakının əlaltısıdır”

ABŞ Rusiyanı G20 sammitinə dəvət etdi

Expressbank "Sahibkarlar Günü" münasibətilə sahibkarlarla görüş keçirib

Yeni Klinikaya təyin olunan DİREKTOR KİMDİR?

Ağstafada məktəbdə insident - 14 yaşlı şagird bıçaqlandı (YENİLƏNİB)

Səhiyyədə gecikmiş qərarlar və yeni ümidlər

Qızıl və gümüşü olanlara PİS XƏBƏR

Millimiz Avropa çempionu oldu

Bütün xəbərlər