gundem / siyaset / dunya
24.04.2026, 16:30
Aİ liderləri yeni maliyyə resurslarının tətbiqinə geniş dəstək ifadə ediblər
Avropa İttifaqının (Aİ) liderləri Nikosiyada (Kipr) keçirilən sammitdə ittifaqın növbəti ortamüddətli büdcəsi barədə müsbət və açıq müzakirələr aparıblar.
DogruXeber.tv bu barədə Aİ nümayəndəsinə istinadən xəbər verir.
"İyun ayında Kiprin sədrliyi tərəfindən ilk danışıqlar paketinin təqdim edilməsinə zəmin yaratmaq üçün və ilin sonunadək razılaşma əldə etmək məqsədilə aparılan intensiv işlər fonunda bunu bu mərhələdə müzakirə etmək vacib idi", - mənbə bildirib.
Onun sözlərinə görə, Aİ-nin yeni resurslarının tətbiqi zərurəti geniş dəstək alıb və liderlər Avropa Komissiyasının təklifləri əsasında işi davam etdirməyə hazır olduqlarını bildiriblər, eyni zamanda bəziləri əlavə variantların nəzərdən keçirilməsini istisna etməyiblər.
Bundan əlavə, büdcənin həcmi ilə bağlı ölkələrin mövqeləri fərqlənir. "Bəzi liderlər büdcənin azaldılmalı olduğunu düşünür, digərləri isə onun həcminin Aİ-nin ambisiyalarına uyğun olmasını istəyirlər", - rəsmi şəxs qeyd edib.
O əlavə edib ki, ayrı-ayrı liderlər həmçinin "NextGenerationEU" bərpa fondunun ödəniş qrafikini nəzərdən keçirməyə çağırıblar.



