Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Prezident tərəfindən “Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” yeni fərman imzalanıb.
Fərmana əsasən, ölkədə rəqəmsal inkişafın prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılacaq.

DogruXeber.tv xəbər verir ki, məsələ ilə bağlı dosent İlham Əhmədov bildirib ki, bu fərman son bir ildə rəqəmsal iqtisadiyyata keçidlə əlaqədar qəbul edilmiş sənədlərin məntiqi davamıdır və ölkənin postneft dövrünə keçid strategiyasına xidmət edir.
Onun sözlərinə görə, bu istiqamətdə layihələrin icrasında Elm və Təhsil Nazirliyinin (ETN) xüsusi rolu olmalıdır:

“Belə elmi-texnoloji yönümlü dövlət layihələrinin səmərəliliyi ölkədə rəqəmsal insan kapitalının səviyyəsindən birbaşa asılıdır”.
Ekspert hesab edir ki, Azərbaycanda son 25 ildə insan kapitalının formalaşdırılması və təhsilin rəqəmsallaşması sahəsində ciddi nəticələr əldə olunmayıb. O qeyd edib ki, həyata keçirilən informasiyalaşdırma proqramları sistemsiz, səmərəsiz və yarımçıq olub, bu isə təhsilin inkişafına gözlənilən təsiri göstərməyib.

İlham Əhmədovun fikrincə, ölkədə hələ də tam funksional distant təhsil sistemi qurulmayıb:

“Biz regionda yeganə ölkəyik ki, normal distant təhsil sistemi yarada bilməmişik. Halbuki, təhsil sistemi tez-tez məcbur qalaraq bu texnologiyaya müraciət edir”.
Dosent həmçinin ETN-in hazırkı idarəetmə heyətinin bu səviyyəli strateji məsələlərin həlli üçün peşəkarlıq baxımından yetərli olmadığını vurğulayıb.
Fərmanda isə qeyd olunur ki, rəqəmsal inkişaf sahəsində fəaliyyətin gücləndirilməsi üçün yerli və xarici ekspertlər, beynəlxalq təşkilatlar və elmi müəssisələrin cəlb olunması ilə işçi qruplar yaradılacaq.
İlham Əhmədov bildirib ki, bu istiqamətdə konkret təkliflər yaxın mərhələlərdə ictimaiyyətə təqdim ediləcək.//Tribuna.az

Oxunub: 71

Son xəbərlər

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

İranın yarım milyardlıq kriptovalyutasını ələ keçirdilər

Hikmət Hacıyev Kolumbiya XİN rəhbərinin müavini ilə görüşdü

"Atletiko" - "Arsenal" oyunu təxirə salına bilər

Əmtəə bazarlarında qızıl cüzi ucuzlaşıb, gümüş isə bahalaşıb

SEPAH: ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb

Trampla Putin telefonla danışdı

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Bütün xəbərlər