gundem / iqtisadiyyat
29.04.2026, 14:30
ÜDM 183,7 milyon manat azalıb
2026-cı ilin aprelin 1-i tarixinə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) həcmi 29 mlrd. 703,2 mln. manat təşkil edib.
DogruXeber.tv xəbər verir ki, ÜDM illik müqayisədə 183,7 mln. manat və ya 0,6% azalıb.
2025-ci ilin eyni dövründə bu göstərici 29 mlrd. 886,9 mln. manat olub.
Qeyd edək ki, hesabat dövründə ÜDM-in 18 mlrd. 169,4 mln. manatı qeyri-neft sektorunun payına düşüb.//Qaynarinfo



