gundem / siyaset
29.04.2026, 15:30
Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”
Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan yerli mediaya verdiyi açıqlaması qalmaqala səbəb olub.
DogruXeber.tv xəbər verir ki, nazir Xankəndidəki erməni kilsəsinin sökülməsinə haqq qazandırıb.
O deyib: “Xankəndidə kilsəinin sökməsinə görə bir qrup erməninin hay-küy salmasının heç bir mənası yoxdur. Tutaq ki, biz bunu etdik və bu, Ermənistana və Ermənistan vətəndaşlarına nə verəcək?”
Torosyan bildirib ki, Azərbaycan öz suveren ərazisində istədiyini edə bilər. “Biz qonşumuzla sülh qurmağa çalışırıq, düşünürəm ki, hətta onlar belə addımlar atsalar, təxribat törətmək istəsələr belə, biz müdrik olmalı və belə addımlar atmamalıyıq”.//tribuna.az



