Amerikalı ekspert: Ermənistan öz hərəkətləri ilə "yatmış əjdaha"nı oyada bilər






Ermənistan Azərbaycana qarşı təbliğat kampaniyasını davam etdirdikcə və öz əsgərlərini bu ölkənin ərazisində saxladıqca, bir müddət əvvəl Rusiya və ATƏT tərəfindən Azərbaycanla Ermənistan arasında gərginliyin azaldılması məqsədi ilə təşkil olunan danışıqlar uğursuzluğa məhkumdur.

Bunu Azernews-a müsahibəsində Azərbaycan və Transatlantik münasibətlər üzrə amerikalı ekspert Piter Teys deyib.

Ekspert qeyd edib ki, Moskvada Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda Ermənistanın Baş naziri Nikol Paşinyan konkret mövqe nümayiş etdirməyib. Belə ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan hələ ki regionda təcavüzkar ölkə olaraq qalır.

P.Teys aprelin 10-11-də Nikol Paşinyanın Avropa Şurasında Azərbaycana qarşı təxribatçı çıxışını xatırladıb: "Paşinyan bəyan edir ki, Azərbaycan güc tətbiq etməkdən və hərbi ritorikadan çəkinməlidir. Erməni Baş nazir bu bəyanatı ilə beynəlxalq ictimaiyyəti və Avropa Şurasını aldatmağa çalışır. Ermənistan Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğalda saxlayır. Bu ərazilər Azərbaycanın suveren əraziləridir. BMT və onun üzv dövlətləri tərəfindən bu cür tanınır".

Ekspertin sözlərinə görə, N.Paşinyan beynəlxalq ictimaiyyətin tələblərinə uyğun olaraq regionda dayanıqlı sülh, təhlükəsizlik və iqtisadi inkişafın təmin olunması məqsədilə erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün qısa zamanda addımlar atmalıdır.

P.Teys vurğulayıb ki, Ermənistanın Baş naziri ikitərəfli danışıqlarda əldə olunmuş istənilən irəliləyişi ləngidəcək bütün diplomatik vasitələrdən istifadə edir: "Paşinyana təzyiq göstərilməsi üçün Yerevana qarşı beynəlxalq iqtisadi sanksiyalar və onun Cənubi Qafqazda aqressiv fəaliyyətinin daim pislənilməsi çox vacibdir. Yalnız erməni qoşunlarının Azərbaycanın suveren ərazilərindən tam çıxarılmasından sonra uzunmüddətli nəticələrə nail olmaq mümkündür".

Trend xatırladır ki, Ermənistanın müdafiə naziri David Tonoyanın hərbi əməliyyatların Azərbaycan ərazilərinə keçməsinin mümkünlüyü barədə bəyanatını şərh edən ekspert nəşrə bildirib: "Ermənistanın NATO-da keçmiş nümayəndəsi olan Tonoyan yeni vəzifəsində diqqətini daha çox Ermənistan ordusunda hərbi qulluqçuların qida təminatının həcminə yönəltməlidir. Onun açıqlamaları Bakını qorxutmayacaq. Azərbaycan Silahlı Qüvvələri müasir hərbi texnika, mütərəqqi silah texnologiyası və vətənpərvərliyin yüksək səviyyəsinə görə dünya orduları arasında ilk onluğa daxildir. Tonoyanın qüvvələri hərbi əməliyyatlara başlasalar, Azərbaycan tərəfindən qarşısialınmaz bir cavab alacaq. Qədim latın atalar sözündə deyildiyi kimi: "Yatmış əjdahanı heç vaxt oyatma!"

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər