Yevgeni Mixaylov: “Rusiya Qarabağdakı hərbi hərəkətləri sakitcə müşahidə edə bilər”













Ermənistanın baş naziri Nikol Paşinyanın “Rusiya Qarabağda müharibəyə imkan verməyəcək” bəyanatı indiki erməni rəhbərliyinin ikiüzlü siyasətinin bir hissəsidir, başqa heç nə…

Bunu virtualaz.org-a açıqlamasında Rusiya politoloqu Yevgeni Mixaylov deyib.

“Paşinyan hər vəchlə göstərmək istəyir ki, Ermənistan Rusiyanın strateji partnyoru olaraq qalır. Amma işdə onun komandası ölkəni fəal şəkildə NATO-ya aparır və Rusiya hərbi bazalarını ölkədən səs-küy yaratmadan çıxarmağa çalışır. Erməni KİV-ində, xüsusilə Paşinyanın xanımının nəzarəti altında olanlarda, Rusiya hərbi bazaları hərbi qulluqçularının pislənməsi ilə bağlı azğın kampaniyaya baxmaq kifayətdir. Kampaniya Şirak vilayətindəki Pinak kəndi ərazisində təlimlər zamanı baş verən hadisədən sonra daha geniş vüsət alıb. Ehtimal ki, Paşinyan, Rusiya hərbçilərinə hücum edərkən əndazəni aşdığından qorxub, bu səbədən də Rusiyaya xatırlatmağı qərara alıb ki, hələ də Moskva tərəfindən müdafiəyə ümid edir”, – deyə ekspert bildirib.

Y.Mixaylov əmindir ki, Paşinyan Ermənistanı NATO-ya eyni yolla, hansı ki, ora onunla qonşu olan respublika cəhd edir, aparır. Və eyni zamanda, Yerevanda Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) tərəfindən hansısa dəstəyə ümid edirlər.



“Bəli, Moskva Cənubi Qafqazda müharibədə maraqlı deyil. Amma erməni-Azərbaycan münaqişəsinə Rusiyanın münasibəti, hər şeydən əvvəl, Moskvanın milli maraqlarından qaynaqlanır. İstisna edilmir ki, müəyyən şərtlərdə Rusiya Qarabağ münaqişəsinin həllində Azərbaycanın gücə əl atacağını sakitcə müşahidə edəcək. Bu halda müharibə Azərbaycan ərazisində gedəcək və Rusiya da Dağlıq Qarabağı Azərbaycan ərazisi hesab edir, deməli, bu, KTMT-nın müdaxiləsinə səbəb ola bilməz”, – politoloq vurğulayıb.

Y.Mixaylovun fikrincə, Paşinyan uğursuz manevr etməyə çalışır. Moskvada o, Rusiyanın, Brüsseldə isə Qərbin müttəfiqidir. Amma Ermənistanın real siyasi kursu tədricən Qərbin hərbi-siyasi blokuna daxil olmağa yönəlib. Və Y.Mixaylov şübhə etmir ki, bu, Moskvaya yaxşı məlumdur.


Yevgeni Mixaylov: “Rusiya Qarabağdakı hərbi hərəkətləri sakitcə müşahidə edə bilər”

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər