“Qarabağda hərbi əməliyyatlara hazır olmalıyıq” – Tofiq Zülfüqarov













“Mən belə hesab edirəm ki, Qərbin Ermənistanda o qədər də böyük marağı yoxdur. Didər tərəfdən o fikirdəyəm ki, ümumiyyətlə, Rusiya bu bölgədən çəkilmək istəyir”.

“ dogruxeber.tv ” xəbər verir ki, bunu “Yeni Müsavat”a müsahibəsində sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Onun fikrincə, artıq Ermənistan Rusiya üçün həm siyasi, həm iqtisadi baxımdan mənasız bir yükə çevrilib: “Təbii ki, bu yükdən özünü azad etmək Rusiya üçün aktualdır. Baxın, son on ilin ərzində Rusiya özünün hərbi kontingentində nə qədər ixtisarlar aparıb. Xaricdə heç bir strateji əhəmiyyətə malik olmayan, Rusiyanın müdafiəsi üçün heç bir əhəmiyyət kəsb etməyən hərbi bazanı saxlamaq da mənasız bir şeydir. Üstəlik, günü-gündən əhalisi azalan bir ölkə iqtisadi baxımdan da Rusiya üçün heç bir maraq kəsb etmir. Yəni Ermənistan öz siyasəti nəticəsində artıq dalana dirənmiş bir ölkədir. Hansı ki, o siyasətin nəticələri üzə çıxır. Bunun əsasında da müxtəlif qruplaşmalar bir-biri ilə toqquşmağa başlayıb. Çünki ortada olan iqtisadi maraqlar azalır və onun bölünməsi daha da aktuallaşır”.

T. Zülfüqarov deyib ki, Rusiya artıq Ermənistanla bağlı real heç bir addım atılmır.

“Birincisi, çox asanlıqla Sərkisyanın istefası qəbul olundu. İkincisi, Qərbin və Rusiyanın bu hadisələrə aid bəyanatları heç də fərqlənmir. Həm Rusiyanın, həm də ABŞ-ın Ermənistandakı səfirlikləri eyni məzmunlu bəyanat verdilər. Bu baxımdan hesab edirəm ki, bu böhran daha da dərinləşəcək. Bir daha xüsusi vurğulayıram ki, bu böhran Ermənistanın uzun müddət regionda həyata keçirdiyi siyasətin nəticəsidir. Yəni öz qonşuları ilə konfliktləri olan bir ölkədir. İndi görünən budur ki, onun uzun müddət digər ölkələrə satdığı siyasət indi heç kəsə lazım deyil”.

Zülfüqarov deyib ki, biz bu hadisələri diqqətlə izləməli, hər bir vəziyyətə, siyasətə hazır olmalıyıq. “Həm real sülh danışıqlarına, həm də hərbi əməliyyatların bərpasına. Amma indiki mərhələdə biz ermənilərin yeni səhvlər buraxmasına mane olmamalıyıq. Onlar günü-gündən daha artıq səhvlərə yol verirlər. Elə Paşinyanın baş nazir seçilməməsi Ermənistanın sabitliyi üçün yanlış olan bir addım idi. Bu, böhranın daha da dərinləşməsinə imkan yaradır. Azərbaycana gəldikdə, gəlin mane olmayaq, imkan verək onlar səhvlərini daha da çoxaltsınlar və bu səhvlərin ümumi çəkisi daha da artsın”.

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər