gundem / hadise
29.04.2026, 12:30
Əməkdar jurnalistə vəzifə verildi
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində yeni kadr təyinatı olub.
DogruXeber.tv -nin məlumatına görə, jurnalist Sara Əzimova qurumun publik hüquqi şəxsinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
S.Əzimova bu gün kollektivə təqdim olunub.
Qeyd edək ki, aprelin 17-də Sara Əzimova öz ərizəsi əsasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sərəncamı ilə "Şərq qapısı" qəzetinin baş redaktoru vəzifəsindən azad edilib.
Xatırladaq ki, Sara Əzimova 2015-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.
2025-ci ildə isə o, "Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti" fəxri adına layiq görülüb.
Sara Əzimova Naxçıvan Muxtar Respublikasında Mətbuat Şurası İdarə Heyətinin və Televiziya və Radio Şurasının üzvü olub.//Qaynarinfo



