gundem / dunya
29.04.2026, 09:45
Pakistan 400 km mənzilli "Fatah-2" çoxnövlü raket sistemini uğurla sınaqdan keçirdi
Pakistan İslam Respublikasında hazırlanmış və 400 km mənzilli "Fatah-2" çoxnövlü raket sistemini uğurla sınaqdan keçirib.
DogruXeber.tv xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.
Qeyd olunub ki, qabaqcıl avionika və müasir naviqasiya sistemləri ilə təchiz olunmuş raket sisteminin uğurlu təlim sınağı raket qüvvələrinin döyüş qabiliyyətlərini artırmağa yönəlib.
"Dəqiqliyi və davamlılığı artırmaq üçün daxil edilmiş bir sıra altsistemlərin müxtəlif texniki parametrləri və xüsusiyyətləri yoxlanılıb", - deyə məlumatda qeyd olunub.//Report



