gundem / hadise
28.04.2026, 16:30
Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb
Ağcabədi rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DogruXeber.tv Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaravəlli kəndində qeydə alınıb.
Kənd sakini, 1969-cu il təvəllüdü Lətif Qaryağdı oğlu Nağıyev səhər saatlarında işə getmək üçün Mingəçevir-Bəhrəmtəpə magistral yolunun kənarında marşrut avtobusunu gözləyərkən Vəli Nüsrətlinin idarə etdiyi "Toyota Prius" markalı avtomobil onu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.



