hadise
19.11.2019
Azərbaycanda piyada ölümü ilə nəticələnən yol qəzası

Saatlıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"dogruxeber.tv" xəbər verir ki, Saatlı Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında "Mercedes" markalı avtomobil yolu keçən kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib. Ölənin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı Saatlı RPŞ-də araşdırma aparılır. /APA


