hadise
7.03.2018, 09:34
Qazaxda avtomobillə vurulan kişi ölüb

Qazaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakı-Qazax-Gürcüstan magistral yolunun Qazax rayonun İkinci Şıxlı kəndində kənd sakini, 1977-ci il təvəllüdlü Musayev Əmir Məhəmməd oğlu magistral yol ilə gedərkən hərəkətdə olan “QAZ31” markalı avtomobil tərəfindən vurulub. Piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır./APA
@dogruxeber.tv


