hadise
10.02.2018, 20:28
Bakı-Qazax yolunda iki avtomobil toqquşub, xəsarət alan var

Bakı-Qazax magistralında yol-nəqliyyat hadisəsi baş verib.
Yolun Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobilin başqa bir maşınla toqquşması nəticəsində sərnişin, rayonun Xanlıqlar kənd sakini, 1983-cü il təvəllüdlü Sevinc Məmmədalıyeva müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilub. Vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır./APA


