gundem / hadise
21.04.2026, 10:00
Pirallahıda piyadanın vurulması ölümlə nəticələnib
Pirallahı rayonunda yol-nəqliyyat hadisəsi baş verib, piyada həyatını itirib.
DogruXeber.tv-nin məlumatına görə, İntizar Umudovun idarə etdiyi “Mercedes” markalı avtomobil Pirallahı–Qala yolunun Dübəndi bağ massivində hərəkətdə olarkən piyada keçidindən keçən 1968-ci il təvəllüdlü Aləddin Salmanovu vurub.
Ağır xəsarətlər alan piyada hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.//apa



