hadise
4.03.2019, 20:34
Maşınla vurulan piyada öldü

Martın 2-də saat 5 radələrində Beyləqan şəhəri ərazisində şəhər sakini İ.Namazalıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi S.Piskunovu vurub.
DİN Mətbuat xidmətindən verilən məlumata görə, nəticədə piyada hadisə yerində ölüb. Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.


