Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

İyunun 7-də keçiriləcək parlament seçkiləri Ermənistanda adi siyasi kampaniya çərçivəsini aşaraq geosiyasi qarşıdurma mərhələsinə keçib. Söhbət artıq yalnız hakimiyyət uğrunda mübarizədən deyil, ölkənin gələcək siyasi kursundan, regiondakı qüvvələr nisbətindən və Ermənistanın hansı istiqamətdə hərəkət edəcəyindən gedir.

DogruXeber.tv "bakupost"-a istinadla xəbər verir ki, “1news.az”ın əldə etdiyi məlumatlara görə, seçkilərdən sonra Ermənistanı vətəndaş müharibəsinə sürükləmək istiqamətində genişmiqyaslı plan həyata keçirilir.

Xarici ölkələrdən kütləvi axın – hibrid müdaxilə

Nəşrin yazdığına görə, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakimiyyət Qərbə inteqrasiyanı sürətləndirməyə, yeni Konstitusiya qəbul etməyə və köhnə revanşist siyasi doktrinalardan imtina etməyə çalışdığı bir vaxtda, xarici qüvvələr və onlarla əlaqəli radikal dairələr ölkədə vəziyyəti qarışdırmaq üçün hazırlıqlara başlayıblar.

Ümumilikdə Rusiyada yaşayan 100-150 min Ermənistan vətəndaşı seçkilər ərəfəsində Ermənistana göndərilib.

Sözügedən şəxslərin əsas missiyası yalnız səsvermədə iştirak etmək deyil. Məqsəd seçki günü və ondan sonrakı dövrdə İrəvanda kütləvi etiraz aksiyaları təşkil etmək, dövlət qurumlarının fəaliyyətini iflic etmək və nəticədə ölkədə vətəndaş qarşıdurmasına qədər gedə biləcək xaos yaratmaqdır.

Ermənistanın yetərsiz cavab tədbirləri

Ermənistan hakimiyyəti də bu təhlükəni nəzərə alaraq əks tədbirlərə başlayıb. Xüsusilə, İrəvanın Zvartnots beynəlxalq hava limanı xüsusi iş rejiminə keçirilib. Erməni mediasının yazdığına görə, Rusiyadan gələn və hərbi xidmətə yararlı hesab edilən kişilər hava limanında hərbi komissarlıqların və hərbi polisin əməkdaşları tərəfindən qeydiyyata alınır.

Ermənistan Müdafiə Nazirliyi bunu ehtiyatda olan vətəndaşların qeydiyyatı ilə izah etsə də, faktiki olaraq həmin şəxslərə 25 günlük hərbi təlimlərə çağırış vərəqələri təqdim olunur və onlar hərbi hissələrə göndərilirlər.


Hakim "Vətəndaş Müqaviləsi" partiyasının nümayəndələrinin açıqlamalarına əsasən, bu mexanizm vasitəsilə Rusiyadan gələn 30-40 min nəfərin müxtəlif hərbi hissələrə yönləndirilməsi nəzərdə tutulur.

Rusiyanın İran və Gürcüstan üzərindən gizli müdaxilə sxemi

Lakin Rusiyadan Ermənistana birbaşa hava marşrutlarının Paşinyan hakimiyyətinin xüsusi xidmət orqanlarının ciddi nəzarətində olması səbəbindən təşkilatçılar alternativ yollar seçiblər. Məlumata görə, Rusiyada yaşayan Ermənistan vətəndaşlarının əhəmiyyətli hissəsi əvvəlcə avtomobillərlə Gürcüstana gəlir, burada müxtəlif hotellərdə yerləşdirilir, daha sonra isə kiçik qruplar şəklində Ermənistan sərhədini keçir.

Üstəlik, hibrid əməliyyat sadəcə Gürcüstan üzərindən həyata keçirilmir. Belə ki, Ermənistan polis qüvvələrini bir neçə coğrafi cəbhəyə yaymağa çalışan prosesin təşkilatçıları digər yollara da əl atıblar.


Radikal Daşnaksütyun partiyasının funksionerləri arasında əsas rol oynayan erməni diasporunun Avropa qanadının nümayəndələri də kütləvi surətdə Ermənistana gəlir. Bundan əlavə, İran üzərindən də dəstək qrupları Ermənistana axın edir. Bu qrupların bir hissəsi artıq paytaxt İrəvana sızmağı bacarıblar.

Gümrü planı: Silahlı radikallar qarşıdurmaya hazırlanır

Prosesə cəlb olunan daha hazırlıqlı, xüsusi təcrübə keçmiş şəxslərin bir hissəsi isə birbaşa Gümrüdəki Rusiya hərbi bazasına yönləndirilir. Həmin baza ekstraterritorial statusa malik olduğu üçün, Ermənistan hüquq-mühafizə orqanlarının müdaxilə imkanı yoxdur və burada radikal qrupların koordinasiyasını həyata keçirmək xeyli asandır.

Üstəlik, Gümrüdəki bazada yerləşdirilən radikal yaraqlıların müəyyən olunmuş saatda silahlanmış şəkildə küçələrə çıxması nəzərdə tutulur. Göründüyü kimi, əsas plan seçkilərin nəticələrini tanımamaq və küçə etirazlarına başlamaqdır.


Ssenariyə diaspordan olan kütlənin hücum edərək inzibati binaları ələ keçirməsi, etirazçıların kütləvi iğtişaşlar törətməsi, siyasi zorakılıq və silahlandırılmış radikalların ölkəni uzunmüddətli daxili qarşıdurmaya – vətəndaş müharibəsinə sürükləməsi daxildir.

Ermənistanda vətəndaş müharibəsi təhlükəsi

Qeyd edək ki, sözügedən ssenariyə bənzər vəziyyət Ermənistanda əvvəlki illərdə də yaşanıb. Ermənistanın siyasi tarixində parlamentin silahlı basqına məruz qalması, dövlət obyektlərinin tutulması və digər zorakı hadisələr baş verib. Bu isə hazırki vəziyyətdə bənzər ssenarilərin tamamilə real təhlükə kimi qiymətləndirilməsinə imkan verir.

Görünüyü kimi, iyunun 7-də keçiriləcək parlament seçkiləri Ermənistan üçün sadəcə hakimiyyət uğrunda mübarizə deyil, həm də ölkənin sabitliyi və gələcək inkişaf istiqaməti baxımından ciddi sınaq olacaq. Ona görə də, seçkilərin nəticəsindən asılı olmayaraq, qarşıdakı günlər Ermənistanın gələcək taleyini müəyyən edə bilər.

Son xəbərlər

Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... - BU NƏDİ BELƏ?

İsrail əsgəri İran casusu çıxdı

DİM bu şəxslərə müraciət etdi

Netanyahu ABŞ-a gedir - Trampla görüşəcək?

Nazirlikdən ildırım və güclü küləklə bağlı ÇAĞIRIŞ

Gələn ildən müəllimlər illik plan və icmal hazırlamayacaq

Metro ilə bağlı ŞAD XƏBƏR - Bu tarixdən...

Tovuzda zorakılığa məruz qalan qadının əri saxlanıldı

Bakıdakı döyüşdən sonra karyerasını başa vurdu

Anomal istilər: Fransada suda boğulub ölənlərin sayı artır

Böyük Britaniya sosial şəbəkələrdə yeniyetmələr üçün "komendant saatı" tətbiq edəcək

Ukrayna Rusiya helikopterini Rusiyada vurdu

Bakının bu küçəsində hərəkət istiqaməti dəyişdirilir

Prezidentin həmin xəbərdarlığı - Önəmli DETAL

214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət

Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq-PROQNOZ

Bu ölkənin mediasında rus dili qadağan olunacaq

AMEA Bakıdan köçürülür?

Xəzərlə bağlı həyəcan təbili: Hər il...

Siyəzən sakini Milli Oftalmologiya Mərkəzindən şikayətçidir:“Eyni xəstəyə fərqli rəylər verilir”

Azərbaycanda bu ildən məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək

Baş Prokurorluq məlumat yaydı

DÇ: İngiltərə və Argentina final uğrunda mübarizə aparacaq

Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanlı tanınmış model xərçəngdən vəfat etdi

ABŞ İranda kazarmanı vurdu: iki hərbçi öldü

Qarabağ Universiteti və İTÜ-dən ikili diplom proqramı

Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır

“Cənub” Yük Terminalında yeni “cərimə” metodu: Sahibkarlar çıxılmaz vəziyyətdə

Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb- VİDEO

Bütün xəbərlər