Paşinyandan 7 rayonu azad etməsi istəniləcək, Qarabağ isə... - Bakının RƏDD ETDİYİ ŞOK DETAL











Paşinyanın istefası formal xarakter daşıyır. O, istefaya baxmayaraq, Nazirlər Kabinetinə təlimat və göstərişlər verməkdə davam edəcək.

Publika.az-a açıqlamasında bu sözləri politoloq Qabil Hüseynli Ermənistanın baş naziri Nikol Paşinyanın növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün istefa verməsini şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Paşinyan parlament seçkiləri ilə bağlı xeyli arxayındır:

“Çünki əvvəlki prezident və baş nazir Serj Sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyasının əksəriyyətdə olduğu parlament demək olar ki, buraxılıb. Yeni parlament seçkiləri də dekabrın əvvəlinə təyin edilib. Paşinyanın yerinə yeni baş nazirin seçilmə imkanı demək olar ki, yoxdur. Belə qüvvələr sadəcə olaraq mövcud deyil. Paşinyanın məqsədi ölkədəki situasiyanı tam olaraq nəzarət altına almaqdadır. Güman ki, Paşinyan seçkilərdə səslərin əksəriyyətini qazanacaq və dövlətin bütün strukturlarını özününküləşdirməyə nail olacaq”.

Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin Ermənistandakı seçkilərdən sonra hansı istiqamətdə inkişaf edəcəyinə gəlincə, Q.Hüseynlinin sözlərinə görə, prezident Armen Sarkisyanın bu günlərdə Moskvaya səfəri, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun müavini ilə görüşməsi belə təəssürat yaradır ki, Moskva bir müddət Dağlıq Qarabağla bağlı məsələlərdə Ermənistan prezidenti ilə məsləhətləşmələr aparmaq istəyir:

“Çünki Armen Sarkisyan Moskvadan qayıtdıqdan sonra dərhal Qarabağa gəldi və məhsul bayramında iştirak etmək adı altında qondarma qurumun rəhbəri Bako Saakyanla görüşdü. Siyasi müşahidəçilər bu görüşün Moskvanın Dağlıq Qarabağla bağlı yeni təşəbbüslərlə əlaqəsinin olacağını istisna etmirlər. Moskva ABŞ-ın, bəzi Avropa ölkələrinin – Fransanın, Almaniyanın Dağlıq Qarabağ probleminin həllində fəallaşdığını görərək və vasitəçilik təşəbbüsünün əlindən çıxacağını düşünərək yenidən bütün ipləri əlində toplamağa, Ermənistanı tamamilə özünün nəzarəti altına almağa və danışıqlar prosesində əsas söz sahibi olmağa çalışır. Belə görünür, buna müəyyən dərəcədə nail ola bilib”.
Paşinyandan 7 rayonu azad etməsi istəniləcək, Qarabağ isə... - Bakının RƏDD ETDİYİ ŞOK DETAL












Dağlıq Qarabağ münaqişəsinin həllində xələfləri Robert Köçəryan və Serj Sarkisyandan daha mülayim görünən Levon Ter-Petrosyanın qrupundan olan Nikol Paşinyanın seçkilərdən sonra indiki radikal mövqedən əl çəkmə ehtimalına gəlincə, müsahibimiz hesab edir ki, mümkün yumşalma belə Azərbaycanın maraqlarına cavab verməyəcək:

“Hazırda Paşinyan hökumətinə ən çox təsir gücünə olan adamın Levon Ter-Petrosyan olduğunu vurğulayırlar. Keçmiş prezident Paşinyana işğal edilmiş müəyyən əraziləri azad etməyi tövsiyə edə bilər və yəqin ki, edəcək. Söhbət Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun azad edilməsindən gedir. Bu ərazilər Ermənistan üçün başağrısı yaradan və dünya tərəfindən həyata keçirilməsi tələb olunan prosesdir. Amma Levon-Ter Petrosyanın özü də, həmçinin Paşinyan da Dağlıq Qarabağın statusu məsələsində zərrə qədər güzəştə getmək fikrində deyillər. Onlar Dağlıq Qarabağı ya müstəqil, ya da Ermənistana birləşmiş şəklində görmək istəyirlər. Bu isə danışıqlar prosesinə əngəl yaradan başlıca məsələdir və Azərbaycan bununla qətiyyən razı olmayacaq”.

Oxunub: 786

Son xəbərlər

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

İranın yarım milyardlıq kriptovalyutasını ələ keçirdilər

Hikmət Hacıyev Kolumbiya XİN rəhbərinin müavini ilə görüşdü

Bütün xəbərlər